• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İctimai şura

Günel Səfərova
 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.
Səfərova Günel Məhərrəm qızı 14 iyul 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsili Bakı Avropa liseyində, ali təhsili Bakı Dövlət Universitetinin hüquq fakultəsində almışdır. Counterpart-İnternational, Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların sosial qiymətləndirilməsi layihəsinin rəhbəridir.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunur. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.


Gülməmməd Məmmədov
 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavinidir.
ADA Universitetinin dosenti və “Qarabağa Dönüş” təşkilatının sədr müavini. 2005-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriat səviyyəsini fərqlənmə diplomu ilə bitirərək bir il oranın Bərk Cisimlər Fizikası üzrə magistratura səviyyəsində təhsil alıb. 2006-2007-ci illərdə İtaliyada yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində Yüksək Enerjilər Fizikası üzrə pre-doktoral təhsil alıb. Daha sonra, ABŞ-ın Sirakuz Universitetində Yumşaq Maddələr üzrə magistr, Bioloji Fizika üzrə isə ABŞ təhsil sisteminin ən yüksək elmi dərəcəsi olan fəlsəfə doktoru (PhD) dərəcəsi alıb. ABŞ-da yaşadığı 2007-2016-cı illər ərzində Syracuse University, State University of New York (SUNY) Upstate Medical University, SUNY Polytechnic Institute kimi ali təhsil müəssisələrində təhsil almış, həmçinin SUNY Onondaga Community College-də elmi tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2016-cı ildən isə Azərbaycanda ölkənin təhsil və ictimai sektorunda elmi, pedaqoji və kütləvi maarifləndirmə fəaliyyəti ilə məşğuldur.


Məleykə Əlizadə
 

Əlizadə Məleykə Cəmşid qızı,Gəncə Regional Qadın Mərkəzinin sədri. 38 beynəlxalq və yerli layihələrin rəhbəri və mübadilə proqramlarınnın iştirakçısı olub. Beynəlxalq təşkilatların yerli məsləhətçisidir. Tarix elmləri üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimidir.
40 elmi məqalənin, 10 metodik göstəriş və proqramın müəllifidir. Beynəlxalq   və yerli konfranslarda iştirak edib.
23 il Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, baş müəllim, kafedra müdiri vəzifəsində çalışıb. Şəmki Heydər Əliyev Mərkəzinin direktoru və Şəmki RİH başçısının Humanitar məsələlər üzrə müavini,ictimai-siyasi şöbənin müdiri olub.


İlqar Orucov
 

2005 - 2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, AMEA Gənc Alimlər Şurasının sədri vəzifələrində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri seçilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub. Həmçinin, AMEA-nın Fizika İnstitutunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Gənc alimlərin əsərləri" elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktorudur. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədridir. 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə “Gənclər mükafatı” ilə, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və məsul katibi seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi istiqamətini kurasiya edir.


Mirzə Cəfərzadə
 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavinidir. 2007-ci ildə “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi yubiley medalı”, 2010- cu ildə “Həmkarlar ittifaqlarında xidmətə görə” fəxri adı, 2008-ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı”, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.



Fuad Məmmədov


Kulturoloq, tarix elmləri doktoru, professordur. Azərbaycan elmində yeni istiqamət olan kulturologiya elminin yaradıcısıdır. 1969-1990 illərdə AMEA-nın Tarix institutu və Azərbaycan tarix muzeyində kiçik elmi işçi, şöbə müdiri, böyük elmi işçi vəzifələrində çalışıb. 1990 ildən bu günə qədər Azərbaycan Reespublikasının Prezidenti yanında Dovlət İdarəçılık Akad- emiyasının professoru vəzifəsində işləyir. 300-dən artıq elmi, elmi-maarif əsərlərin, elmi konsepsiyaların, o çümlədən 15 monoqrafiya, kitab və dərs vəsaitlərinin müəllifidir. İlk qeyrihökumət təşkilatı “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının vitseprezidenti, Bakı şəhəri Yasamal ray- onunun Ağsaqqallar şurasının sədr müavinidir. “Dövrün yaradıcısı” Beynəlxalq orden və bir sıra beynəlxalq medallar və fəxri adlarla təltif edilib. Altı beynəlxalq akademiyanın üzvüdür.

 


Rüfət Əsədzadə
 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibidir. 2012-ci ildə Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-liseyindən məzun olmuşdur. Bakalavr təhsilini Bakı Mühəndislik Universitetində Kimya müəllimliyi üzrə, Magistr təhsilini AMEA– nın Neft-Kimya Problemləri İnstitutunda Nano Materiallar kimyası üzrə bitirmişdir.
Hal-hazırda Baku-Oxford Schoolda kimya və təbiət fənlərini tədris edir. Formal və qeyri-formal təhsil metodlarının tətbiq olunması və tədrisi istiqaməti ilə məşğuldur. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Macarıstan, Türkiyə və Ukraniyada təsil ilə bağlı müxtəlif təlim və proqramların məzunu olmuşdur. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədridir.


Pərvanə Məmmədova
 

Məmmədova Pərvanə Eldar qızı, 1990-ci ildə Bakı Dövlət Unversitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinə daxil olub və 1995-ci ildə oranı bitirib.  1999-cu ilin dekabrında Harvard Universitetitnin Kennedi Dövlət İdarəetmə Məktəbi və Hunt Alternatives (Boston, ABŞ) təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının Qlobal Təşəbbüsu olan “Women Waging Peace” (Sülh Aparan Qadınlar) töhfə verib və onun təsisçisi olmuşdur. 1999-cu ilin aprel ayinda YUVA Humanitar Mərkəzinin sədri seçilib. 2000-ci ildən bəri Avropa Şurası Gənclər Departamentinin Təlimcilər Bazasının üzvüdür.
2001-2002-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat işləri və İctimai əlaqələr üzrə baş menecer vəzifəsində işləyib. 2020-ci ilin noyabr ayindan FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisidir.

 


 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın Reqlamenti