9 Fevral 2010

Ümumi məlumat


Azərbaycan respublikasında fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəbində 1 420 350 şagirdin təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olur. 7 560 şagirdin təhsil aldığı 17 özəl ümumtəhsil məktəbində isə 1005 müəllim çalışır. Ölkənin ümumtəhsil məktəblərində Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, talış, avar, ləzgi, ivrit, saxur, xınalıq, udin və kürd dilləri müstəqil bir fənn kimi tədris olunur.
Ümumi təhsil sahəsi Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, müvafiq fərman, qərar və sərəncamlar, Təhsil Nazirliyinin Əsasnaməsi və digər normativ sənədlərə uyğun olaraq fəaliyyət göstərir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsinə, təhsil şöbələrinin (idarələrinin) və təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Eləcə də psixoloji xidmətin, sosial-pedaqoji himayənin təşkili, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması, istedadlı uşaqların, şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi, pedaqoji əməkdaşlıq ideyalarının, pedaqogika və psixologiya elmlərinin nailiyyətlərinin, yenilikçi müəllim, tərbiyəçilərin, təlim-tərbiyə müəssisələri rəhbərlərinin və təhsil orqanları işçilərinin qabaqcıl iş metodlarının tətbiqi, Nazirliyin müvafiq struktur bölmələri ilə birlikdə təlim-tərbiyə müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Şagirdlərin təlim-tərbiyəsinin səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, tədris-maddı bazadan məqsədyönlü istifadə edilməsi, məktəblərin, internat məktəb və uşaq evlərinin rəhbərlərinin, müəllimlərinin, tərbiyəçilərinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Son illərdə icbari ümumi təhsilin həyata keçirilməsində, yeni tipli tədris müəssisələrinin yaradılmasında, işləyən gənclərin təhsilə cəlb edilməsində, məktəbyaşlı uşaqların təhsillə əhatə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində, “Təhsil” sahəsi üzrə sosial-iqtisadi inkişaf planlarının, islahatla bağlı müvafiq Proqramların hazırlanmasında ardıcıl addımlar atılır. Respublikamızda beynəlxalq təcrübəyə uyğun olaraq inklüziv təhsilin pilot layihələri həyata keçirilir. Təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili, digər nazirliklər, idarə, beynəlxalq humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqmətlər üzrə əlaqələrin inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik inkişafını təmin edir.
TSİL cərcivəsində «Kurikulum islahatı» alt-komponenti üzrə icra planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı, Azərbaycan Respublikasında dovlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı uzrə Dovlət Proqramlarının icrası istiqamətində Fəaliyyət Planlarının reallaşdırılması, mərkəzləşdirilmiş imtahanların kecirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası, ali məktəblərə tələbə qəbulunun nəticələrilə əlaqədar vəziyyətin təhlil edilib müvafiq təkliflərin hazırlanması və digər bu kimi məsələlərə xüsusi diqqət yetirilir.
2008-2009-cu dərs ilində I siniflərdə yeni fənn kurikulumların tətbiqi ilə əlaqədar mütəxəssislərin, müəllimlərin, ümumtəhsil məktəbləri rəhbərlərinin, ictimaiyyət numayəndələrinin iştirakı ilə geniş müzakirələrin nəticələrinə uyğun olaraq Təhsil Nazirliyinin 23.07.2007-ci il tarixli, 923 nomrəli əmri ilə respublikanın təlim Azərbaycan və qeyri dillərdə aparılan umumtəhsil məktəblərinin I-IV sinifləri ucun yeni fənn kurikulumları və tədris planları təsdiq edilib. Bu proses 2009-2010-cu dərs ilində II siniflərdə davam etdirilir. Eləcə də V-XI siniflər üzrə fənn kurikulumlarının hazırlanması nəzərdə tutulur.
İstedadlı şagirdlərin aşkara cıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili ilə bağlı işlər yüksək səviyyədə yerinə yetirilir, 5 fənn (riyaziyyat, fizika, kimya, biologiya və informatika) uzrə kecirilən Dünya olimpiadalarında ölkəmizin komandalarının iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Hər il Azərbaycan Respublikası Prezidentinin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mukafatlarının təsis edilməsi haqqında» sərəncamına uyğun olaraq seçilən 50 ən yaxşı məktəb və 100 ən yaxşı müəllim ümumilikdə orta ümumtəhsil sisteminin inkişafına təkan verir, tədris ocaqlarının və müəllimlərin fəaliyyətinə əlavə stimul yaradır.    

  • salam