10 Sentyabr 2010

Nazir

 Misir Cumayıl oğlu MƏRDANOV


 
 
 
   
 

1946-cı il oktyabrın 3-də anadan olub.

 
  1964-cü ildə orta məktəbi bitirib.  
  1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.  
  1970-1972-ci illərdə ADU-nun aspirantı olub.  
  1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.  
 
 
1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim,
baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.
 
 
 
1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin
rəisi, təhsil nazirinin müavini işləyib.
 
  1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru olub.  
  1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru olub.  
  1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır.  
 

 
Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə
layiq görülüb.
 
  15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.  
  Yeni Azərbaycan Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvüdür.  
  Ailəlidir, 3 övladı var.  

  • salam