24 Aprel 2014

Sənədlər

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları

Azərbaycan   Respublikası Nazirlər Kabinetinin
2010-cu il 01 iyul tarixli 129 nömrəli 
qərarı ilə təsdiq edilmişdir 
 
 
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı ali təhsilin ən yüksək səviyyəsi olan dok­to­rantura (hərbi ­təh­sil müəssi­sə­lə­rin­də adyunktura) yolu ilə hə­ya­ta keçirilir və müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.
1.3. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ay­rıl­­­ma­maq­la) formalar üzrə həyata keçirilir.
1.5. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
1.6. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
1.8. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin rəyləri əsasında təsdiq edilir.
1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir.
1.10. Ali təhsil müəssisələrinin və elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatların nəzdindəki doktoranturalara elmi-metodik rəhbərliyi və fəaliy­yətlərinə nə­za­­rəti onların tabe olduqları müvafiq qurumlar həyata keçirir.
 
2. Doktoranturaların yaradılması
 
2.1. Doktoranturalar Azərbaycan Milli Elmlər Akademiyasında, təşkilati-hüquqi və mül­kiyyət formasından asılı olmayaraq ali təh­sil müəs­si­sələrində və elmi (elmi təd­qiqat, elmi istehsalat) təşkilatlar­da yaradılır.
2.2. Dok­toranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin rəyləri əsasında təsdiq edilir.
2.3. Vəsatətə ali təhsil müəssisələrinin, elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatlarının elmi və elmi-texniki şu­ralarının (bundan sonra – elmi şura) qərarları əlavə olu­nur. Qərarda doktorantura təhsili üçün nəzərdə tutulan ixtisasların siyahısı və müvafiq elmi potensialın mövcudluğu göstərilir.
2.4. Ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturanın yaradılması üçün onların mövcud elmi potensialı, elm və innovasiya sahəsində əldə etdikləri göstəricilər haqqında məlumatların təhlili aparılmalı və onların elmi potensialı müəyyənləşdirilməlidir.
2.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi potensialının müəyyənləşdirilməsi üçün aşağıdakı məlumatlar təqdim edilir:
- təşkilati-hüquqi statusu və əsas elmi istiqamətlərini əks etdirən ümumi məlumat;
- elmi və elmi-pedaqoji kadr potensialı haqqında məlumat;
- fundamental tədqiqatların səviyyəsi və prioritet istiqamətləri üzrə əldə olunmuş son nailiyyətlər haqqında məlumat;
- dövlət proqramlarının həyata keçirilməsində iştirak haqqında məlumat;
- maddi-texniki baza (humanitar profilli sahələr üçün kitabxanalar, xüsusi fondlar, arxivlər və s.) haqqında məlumat;
- dərc olunmuş elmi işlər, alınmış patentlər, elmi və texnoloji işləmələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, həyata keçirilmiş proqram və layihələr, innovasiya sahəsində fəaliyyətin nəticələri haqqında məlumat;
- təhsilin bütün pillələri üçün nəşr olunmuş dərs vəsaitləri, digər təşkilatlarla birgə həyata keçirilən proqram və layihələr haqqında məlumat;
- beynəlxalq və ikitərəfli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq haqqında məlumat.
Xüsusi təyinatlı təhsil müəssisələrində doktoranturaların yaradılması üçün həmin müəssisələrin fəaliyyətini əks etdirən digər məlumatlar da təqdim edilə bilər.
 
3. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura
 
3.1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
3.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixti­sas üzrə təkrarən doktorantu­raya qəbul oluna bilməz.
3.3. Doktoranturaya qəbul üçün aşağı­da­kı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliy­yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
3.4. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir.
3.5. Doktoranturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.
3.6. Sənədlərin qəbulu üçün doktorantu­ranın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təş­kilat­­ın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qə­bul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, la­bo­ratoriya rəhbərlə­­rindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalı­dır.
 3.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.
3.8. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər­­ müsahibə keçirir və rəhbərliyi həyata keçir­mək barədə razılıq və ya im­ti­na qərarını yazılı surətdə qəbul komissiya­sına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
3.9. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında im­tahan­la­ra buraxıl­maq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoran­tura­nın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.
3.10. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.
3.11. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
3.12. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təh­sil müəssisəsinin və elmi təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.
 Komis­siya­nın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elm­lər doktoru və ya professor ol­ma­lı­dır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komis­­­siya­nın sədri ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olma­dıq­da, komissi­ya­nın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), do­sent­lər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi ol­mayan təcrübəli mütə­xəs­sislər daxil edilə bilər.
3.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
3.14. Ali təh­sil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komiss­­iyaları imtahan­ların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
3.15. Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şu­ra­ları doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olun­­­­maları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.
3.16. Doktoranturaya qəbul təsdiq edilmiş plan əsasında ali təhsil müəssisələrinin və ya elmi təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.
3.17. Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işə götürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.
3.18. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəs­si­səyə və ya elmi təşkilata təqdim edilir.
3.19. Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyanın mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) gös­tərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya pro­fes­sor olur.
3.20. Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatla­rın elmi şuralarının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktor­ları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna bilərlər.
3.21. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apa­rar­kən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. On­lardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.
3.22. Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və disserta­siya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.
3.23. Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə, ali təhsil müəssisəsi və elmi təşkilatların elmi şuraları tərəfindən müəyyən olunur və ali təhsil müəssisələrinin və ya elmi təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.
3.24. Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
3.25. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəs­si­sə­sinin və elmi təşkilatın elmi şurası tərə­fin­dən təs­diq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.
3.26. Doktorantların bir ali təhsil müəssisəsindən, elmi təşkila­tdan başqasına, həmçinin əyani təhsildən qiyabiyə və ək­sinə keçirilməsi ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şuralarının qərarı ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun ola­raq həyata keçirilir.
3.27. Doktorant təhsil müddətində:
- peşə biliklərinə dərindən yiyələnməli;
- müstəqil elmi təd­qi­qat işi aparmaq vərdişləri əldə etməli;
elmi tədqiqatlar aparmaq me­to­dolo­giyasını mənimsəməli;
fərdi iş planını tam yerinə yetirməli;
ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;
elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdir­məli;
elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
elmi tədqiqat işini bitirməlidir.
3.28. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir.
3.29. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi işçiləri ilə bərabər kitabxana­dan, laboratoriyadan, mövcud avadanlıqlardan is­tifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, eks­pe­disi­yalarda iştirak etmək hüququna malikdirlər.
        3.30. Doktorantlar ildə bir dəfədən az ol­ma­maq şərtilə, ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, at­tes­ta­si­ya­dan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi və el­mi təş­ki­latların rəhbərləri tə­rəfindən müəyən edilir. Doktorantın növbəti tədris ilin­də təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.
3.31. Ali təhsil müəssisələrinin və elmi təş­kilat­la­rı­n elmi şu­ralarında doktorantların elmi rəhbərlə­rinin vaxtaşırı hesabat­ları dinlənilir.
3.32. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün disser­tasiya işinin mü­da­fiə­sinə buraxılırlar.
3.33. Ali təhsil müəssisələrinin və elmi təşkilatların rəhbərləri dok­toran­tlara fərdi iş planının yerinə yetiril­məsində, zəruri avadan­lığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərmə­li­dir­lər.
3.34. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin və elmi təşkilatların daxili imkanları hesabına əlavə­ ödənişlər təyin oluna bilər.
3.35. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
 
4. Elmlər doktoru hazırlığı üzrə doktorantura

4.1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, funda­mental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qə­bul edilirlər.
4.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənəd­lər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliy­yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplo­munun müvafiq qaydada təsdiq edilmiş surəti;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
4.3. Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası «Elmlər doktoru» elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, ka­fedra və ya laborato­ri­yanın təqdimatı əsasında dok­to­ran­tu­raya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qə­rar qəbul edir. Həmin qərar ali təh­sil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini tənzim­lə­yən Nizamna­məyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləş­di­rilir.
4.4. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
4.5. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cüm­lədən, xaric­də yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
4.6. Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haq­qında he­sa­bat verir və həmin hesabat əsasında onun doktoran­tu­rada təhsilini davam etdirməsi ba­rədə qərar qəbul olunur.
4.7. Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çat­dırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etmə­­lidir.
4.8. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.
 
5. doktoranturada elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı
 
5.1. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pe­da­qoji kadr­ların məqsədli hazırlığı ali təhsil müəssisələri, elmi və digər təşkilatların təqdimatı ilə onların tabe olduqları müvafiq qurumların sifarişləri əsasında həyata keçirilir.
5.2. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pe­da­qoji kadr­ların məqsədli hazırlığı ali təhsil müəssisələrinin və elmi təşki­lat­ların doktoranturaya ümumi qəbul qaydalarına müvafiq hə­yata keçirilir. Məqsədli yerlər doktoranturaya qəbul planında əks olunur.
5.3. «Fəlsəfə doktoru» və «Elmlər doktoru» elmi dərəcələri üzrə dokto­ran­turada təh­sil alan şəxslərin hüquq və vəzifələri doktoranturada yüksəkixtisaslı elmi və elmi-pe­da­qoji kadr­ların məqsədli hazırlığına da  şamil edilir.
5.4. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pe­da­qoji kadr­ların məqsədli hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təh­silə və ya əksinə keçi­rilməsi yalnız onları göndərən təşkilatın ra­zılığı əsasında aparıla bilər.­
 
6. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması

6.1. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla elmi dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yerinə yeti­ril­məsini təmin edir.
6.2. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələ­rinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün «Fəlsəfə doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir. 
6.3. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.
6.4. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hü­qu­quna malik deyillər.
6.5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
6.6. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənəd­lər təqdim edilir:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
«Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
6.7. Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, ka­fedra və ya laborato­ri­yanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qə­rar qəbul edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi və ya elmi təş­kila­tın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir.
6.8. «Fəlsəfə doktoru» və «Elmlər doktoru» elmi dərəcəsi üzrə dokto­ran­turada təh­sil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir.
6.9. «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə disser­tantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, in­­for­matika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alın­maqla, digər fəndən də doktorluq im­ta­han­ları verirlər.
6.10. Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə və məsləhətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
6.11. Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə elmi Şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.
 
7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ

7.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­ser­tantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilə­lərə uy­ğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağ­la­dıq­­ları müqavilələr əsasın­da hə­yata keçirilir.
7.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­­­ser­tan­tlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təh­sil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında   ödənişsiz qəbul həyata keçirə bilərlər.
7.3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
7.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq im­ta­hanı verirlər.
7.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçi­rilir”.


Çap et   Geri   Yuxarı