27 Yanvar 2012

Xəbərlər

10.01.2012

Yanvarın 10-da Təhsil Nazirliyində “Meşələri qoruyaq” adlı gənc meşəçilərin Respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Təhsil nazirinin müavini Qulu Novruzov ekoloji problemlərin həlli məsələsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Ətraflı
29.12.2011

Dekabrın 29-da Təhsil Nazirliyində ötən ilin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin idman sahəsinin inkişafına həmişə diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ətraflı
28.12.2011

Dekabrın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Ətraflı
27.12.2011

Dekabrın 27-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi 91 il ərzində təkcə Azərbaycan üçün deyil, keçmiş ittifaqın müxtəlif respublikaları, eləcə də digər xarici ölkələr üçün peşəkar kadr hazırlığına layiqli töhfələr verib.
Ətraflı
26.12.2011

Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu gün Azərbaycan musiqisinin və incəsənətinin bayramı olduğunu vurğulayan təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin yubileylə bağlı imzaladığı xüsusi sərəncamları təhsilə, mədəniyyətə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirib.
Ətraflı
21.12.2011

Dekabrın 21-də Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının açılış mərasimi olub.

Təhsil naziri Misir Mərdanov konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.
Ətraflı
  • salam