Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menu Menu Back Verify digital document
10/08/2026

? “Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir ? Azərbaycan Respublikasında təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır. ? Yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23268-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TəhsilTV

More
07/08/2026

Avqustun 7-də məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə mexanizminin özəl sahibkarlar üçün yeni təşviq imkanları yaratmaqla məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir və bu layihənin həyata keçirilməsi məktəbəqədər təhsilə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23267-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #MəktəbəqədərTəhsil

More
06/08/2026

? Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır.

More